XƏBƏR LENTİ
23 May 2025
22 May 2025
21 May 2025
20 May 2025



Lyudmila Şubina Fəxri fərmanla təltif edilib
İdman 20:37 / 09.10.2023

Azərbaycanın tanınmış həndbolçusu Lyudmila Şubina Fəxri fərmanla təltif edilib.

Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, Olimpiya çempionu 75 yaşının tamam olması münasibətilə qurumun prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovla görüşündə buna layiq görülüb.

S.Məmmədov yubilyara xoş sözlərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Lyudmila Şubina SSRİ millisinin heyətində 1976-cı ildə keçirilən Monreal Olimpiadasının qızıl medalına yiyələnib. Beynəlxalq dərəcəli idman ustası hazırda "Qarabağ” həndbol klubunun prezidenti kimi fəaliyyət göstərir.



14876 oxunub