"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp yenidən baş məşqçi kimi fəaliyyətini davam etdirəcək. "La Stampa" portalının yaydığı xəbərə görə almaniyalı mütəxəssisin yeni iş yeri "Roma" klubunda olacaq. Bildirilir ki, Klopp "Roma” ilə danışıqlara müsbət yanaşıb və yaxın günlərdə rəsmi xəbər mediada öz əksini tapacaq. Məlumat üçün bildirək ki, "Roma" cari mövsümün sonunda Klaudio Ranyeri ilə yollarını ayıracaq.