XƏBƏR LENTİ
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025
18 İyun 2025
17 İyun 2025



ASTF tanınmış şirkətlə müqavilə imzalayıb
İdman 11:49 / 04.06.2025

Azərbaycan Stolüstü Tennis Federasiyası ilə Hindistanın "STAG GLOBAL" şirkəti arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, anlaşmaya əsasən şirkət yaxın 4 il əzrində stolüstü tennis üzrə milli komandaları geyim dəstləri və avadanlıqla təmin edəcək. Müqaviləyə Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayilova ilə "STAG GLOBAL" şirkətinin rəhbəri Vivek Kohli imza atıb. ASTF-nin vitse-prezidenti Elmar İslamın da iştirak etdiyi imza mərasimində tərəflər arasında səmərəli əməkdaşlıqla bağlı təkliflər irəli sürulüb, görüləcək işlərlə bağlı müzakirələr aparılıb.


4907 oxunub

InvestAZ