XƏBƏR LENTİ
16 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



MOK Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
MOK 12:17 / 29.03.2020


Milli Olimpiya Komitəsinin (MOK) əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüblər.
MOK-dan «Olimpiya dünyası» qəzetinə verilən məlumatda bildiriblər ki, komitənin əməkdaşları aylıq əməkhaqlarının bir qismini Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.
Qlobal pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri sayan MOK, vətəndaşları, o cümlədən Olimpiya hərəkatının çoxminli üzvlərini koronavirusla mübarizədə aktiv olmağa, özlərini və ətrafdakı insanları qorumaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərə toplaşmamağa çağırır.

192502 oxunub

InvestAZ