XƏBƏR LENTİ
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün DÇ-2026-da Avropa zonası üzrə pley-offun 4 final oyunu keçiriləcək
İdman 12:38 / 31.03.2026

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində 4 final qarşılşaması baş tutacaq.

İtaliya səfərdə Bosniya və Herseqovinanın qonağı olacaq.

İsveç evdə Polşa, Çexiya isə Danimarka ilə üz-üzə gələcək. Türkiyə isə səfərdə Kosovo ilə görüşəcək.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları

Final

31 mart

22:45. Bosniya Herseqovina - İtaliya

22:45. İsveç - Polşa

22:45. Kosovo - Türkiyə

22:45. Çexiya - Danimarka

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meydan sahibləri - ABŞ, Kanada, Meksika ilə yanaşı, Kurasao, Panama, Haiti, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb.


2362 oxunub

InvestAZ