XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026



Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir
İdman 21:57 / 16.03.2026

Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib.

 

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Milli Olimpiya Komitəsinə (MOK) verdiyi məlumatda bildirilib ki, taekvondoçu Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub. Medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndəriləcək. 

 

Medalların təqdimatı üçün Olimpiya mükafatçıları MOK-a dəvət olunacaq və yenisi ilə əvəz olunan medallar onlara təqdim ediləcək.


225 oxunub

InvestAZ