XƏBƏR LENTİ
05 Dekabr 2024
04 Dekabr 2024
02 Dekabr 2024
01 Dekabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
26 Noyabr 2024
25 Noyabr 2024
24 Noyabr 2024
21 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
14 Noyabr 2024
13 Noyabr 2024



Sürətin zərif və iddialı nümayəndələri - Divina Qalitsa
Maraqlı 13:13 / 06.06.2023

Formula 1 dünyasında sürətə meydan oxuyan zərif xanımlar barəsində silsilə yazılarımız davam edir. "Olimpiya dünyası” qəzeti bu sayında bir vaxtlar avtomobil yarışlarında böyük məşhurluq əldə edən Divina Qalitsa barəsində maraqlı yazını oxucularına təqdim edir.


Gəzintidən
başlayan yürüş

Divina Qalitsa 13 avqust 1944-cü ildə İngiltərədə, Hertsmer rayonunda doğulub. Hələ uşaq yaşlarından idmana, xüsusilə də xizəksürməyə böyük həvəs göstərmişdi. Yeniyetmə yaşlarından etibarən bu idman növündə bir sıra yarışlarda iştirak etmiş, mükafatlar əldə etmişdi. Qalitsa Britaniya yığmasında 2 dəfə kapitan seçilmişdi. Bundan başqa 3 dəfə - 1964 (İnsburk),1968 (Qrenobl) və 1972-ci (Sapporo) illərdə keçirilən Olimpiya Oyunlarında iştirak etmişdi.
Yaponiyada keçirilən olimpiadadan sonra o, qış idman növləri ilə vidalaşır. Həmin vaxt onun 28 yaşı var idi. Avtomobil idmanı ilə maraqlanan Qalitsa şossinin sahibi Brend-Hetç Con Uebbomla tanış olur. Con Divinanı Formula 1-də "Motor Ricing Stables” iştirak edən avtomobildə gəzintiyə dəvət edir. Həmin gəzinti onun həyatının döyün nöqtəsi olur. Beləliklə onun yürüş karyerası başlayır.


Gözlənilməz dəvət və
uğursuz sınaq

Divina özünü müxtəlif testlərdə sınayaraq 1975-ci ildə "Formula Ford” və "Ford Escorts” çempionatlarında iştirak edir. O, "Escort Ladies Championship” çempionatında qalib adını qazanır. Belə ki, "Shellsport İnternational Series” çempionatında "Surtees F1” texnikası ilə kişilərlə yarışmaq onun üçün əsas çempionat sayılırdı. Nəticədə Qalitsa 1976-cı ildə Formula 1 üzrə Böyük Britaniya Qran-Prisinə dəvət alır. Əgər sınaqdan o üzü-ağ çıxsaydı, bu bir tarixi hadisə kimi yadda qala bilərdi. Divina Qalitsa ilə birlikdə Lella Lombardi (Ötən saylarımızda onun barədə yazını dərc etmişik - red) bu yarışa dəvət olundu. Lakin onların heç biri yürüşdə iştirak etmək sınağından keçə bilmədi.


Yeni cəhd və təkrar nəticə

Bu uğursuzluq onu bir müddət narahat etsə də, o sükan arxasına keçməkdən çəkinmədi. Ona bir sıra yarışlardan dəvətlər gəldi.
Divina "Shellsport İnternational Series” çempionatında iştirak etmək üçün geri qayıtdı. O, Ceyms Hant və Mario Andretti ilə birlikdə "Çempionlar yürüşü” şousunda iştirak edir.
1978-ci ildə fotoaparat istehsalçısı olan "Olympus” kampaniyası britaniyalı yürüşçünün "Hesketh” komandasının tərkibində çıxış etməsi üçün sponsorluq təklifi irəli sürür. Divina Qalitsa ilk dəfə olaraq iki mükafat uğrunda - Argentina və Braziliya Qran-Prisi uğrunda Formula 1 yarışlarına qoşulur. Lakin yenə də ixtisas sınağından keçə bilmir. Daha sonra isə o, Silverstoun şosesində keçirilən "İnternational Trophy” layihəsində iştirak edir. Bununla da onun Formula 1-ə gedən yolu tamamilə bağlanır.
Divina Qalitsa öz qeydlərində bunları deyirdi: "Jurnalistlər məndən davamlı olaraq maraqlı qadın hekayəsi gözləyirdilər. Mən isə sadəcə, yarışmaq istəyirdim. Gec də olsa başa düşdüm ki, bu qapı mənim üçün bağlıdır. Mən artıq maraqlı həyat yaşamaq istəyirdim. Daha qadın avtoidmanı ilə xoşbəxt olmaq istəmirdim”
XX əsr 1980-cı illərin sonunda Qalitsa yük maşınlarının yarışında yürüşə çıxır. 1992-ci ildə Divina yenidən qış idman növlərinə qaydış edir. Alverbildə keçirilən XVI Qış Olimpiya Oyunlarında dağ xizəyinin sürət eniş növündə çıxış edir. Lakin mükafatçılar sırasında yer ala bilmir.
Hal-hazırda Divina Qalitsa ABŞ-da vaxtaşırı hadisələrin və tarixi ulduzların anım mərasimlərində iştirak edərək, sakit həyat yaşayır.



Anar Əhmədov

55500 oxunub

InvestAZ