XƏBƏR LENTİ
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026



Azərbaycanın 2026-cı il üzrə "İdman səfirləri" müəyyənləşib
İdman 16:17 / 17.03.2026

Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında 2026-cı il üzrə "İdman səfirləri" müəyyənləşib.

Olimpiyadunyasi.com Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Ülviyyə Fətəliyeva (şahmat), Vəfa Musayeva (alpinizm), Aynur Yusifova (gimnastika), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) və Elçin Əsədov (velosiped) növbəti il üçün "İdman səfiri" seçiliblər.

Qeyd edək ki, "İdman səfirləri" layihəsi ölkədə idmanın təbliği və sağlam həyat tərzinin təşviqi məqsədi daşıyır.


289 oxunub

InvestAZ