İdman 09:17 / 16.03.2026
Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə böyüklər arasında Avropa açıq turnirinə yekun vurulub.
27 ölkədən 320 (191 kişi, 129 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Komandamız turniri 1 gümüş və 2 bürünc medalla başa vurub. Təmsilçilərimizdən +100 kq çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev gümüş medala yiyələnib. Bürünc medalları isə komandamızın aktivinə Tofiq Məmmədov (-66 kq) və Elmar Qasımov (-100 kq) yazdırıb.