XƏBƏR LENTİ
17 Sentyabr 2021
15 Sentyabr 2021
14 Sentyabr 2021
13 Sentyabr 2021
11 Sentyabr 2021
10 Sentyabr 2021
09 Sentyabr 2021
08 Sentyabr 2021



Pilot və istedadlı musiqiçi - VİDEO və FOTO
Mədəniyyət 17:02 / 02.06.2021

«Mən Azərbaycanlıyam» klipinin sədaları Ukraynada eşidildi

Ürəyi vətənlə döyünən azərbaycanlılar dünyanın harasında olursa olsun, bu torpağın övladı olması ilə daim fəxr edirlər. Ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın uğurları bizi daim sevindirir. Vətəndən kənarda yaşamasına baxmayaraq azərbaycanlı olduğu ilə fəxr edən gənclərimizdən biri də Rüfət Xəlilovdur. Yüksək insani keyfiyyyətləri, mədəni davranışı ilə seçilən Rüfət təyyarə pilotudur. Sonsuz səmalara meydan oxuyan qəhrəmanımızın daha bir məşğuliyyəti musiqi ilə bağlıdır. Belə ki, Rüfət Xəlilov 1991-ci il noyabrın 17-də Bakı şəhərində anadan olub. 2009-cu ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbinin (Respublika Olimpiya İdman Liseyi) məzunu olub. 2009-2010-cu illərdə İzmir Yüksək Texnoloji Universitində xarici dillər fakültəsində təhsil alıb. Rüfət bundan əlavə təhsilini Milli Aviasiya Akademiyasının pilot fakültəsində davam etdirib. 2014-cü ildə akademiyanın məzunu olub. 2014-2015-ci illərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissələrində hərbi qulluq keçib. Hərbi xidmətdən sonra (2015-2017-ci illər) Milli Aviasiya Akademiyasının magistr pilləsini bitirib. O, hazırda «Boeing 757/767» tipli təyyarəyə təyinat alıb. Ukraynada yaşayan Rüfət Xəlilov COVİD-19 pandemiyası ilə əlaqədar təlim dərslərinin açılışını gözləyir.
Babadan miras qalan insani keyfiyyətlər
Rüfət Xəlilov böyük idman ənənələrin birləşdirən bir ailədə böyüyüb, boya-başa çatıb. İdmana olan maraq Rüfətə öz babasından keçib. Belə ki, o, Azərbaycanın idman gimnastikası üzrə əməkdar məşqçisi, SSRİ-nin əməkdar məşqçisi Çingiz Şamilovun nəvəsidir. Məlumat üçün bildirək ki, ömrünü idmana həsr etmiş Ç.Şamilov "Burevestnik” cəmiyyətində idman gimnastikası ilə məşğul olub, SSRİ idman ustası adına layiq görülüb. Əmək fəaliyyətinə də idman sahəsində başlayan Ç.Şamilov Milli Olimpiya Komitəsində aparıcı mütəxəssis olub və bir müddət Azərbaycan Gimnastika Federasiyanın Baş katibi vəzifəsində çalışıb.
Fitri istedad sərhəd tanımır

Hərtərəfli istedada malik olan Rüfət Xəlilov qeyd etdiyimiz kimi, musiqi sahəsində də kifayət qədər uğur qazanıb. Uşaq yaşlarından musiqiyə həvəs göstərən Rüfət 5 yaşından fortopiano dərsləri alıb. 33 saylı musiqi məktəbinin fortepiano sinifini bitirib, həmin məktəbin xorunda dəyişilməz solist olub. O, xalq artisti Mobil Əhmədovun tələbəsi olub. Tamilla Axundova, Ofeliya Axundova, İnara Babayevə kimi tanınmış vokal ustalarından dərs alıb. 2015-ci ildə böyük səhnədə ilk addımlarını atan Rüfət Xəlilov Mərdəkan Mədəniyyət sarayında «Vətənim Azərbaycan» adlı solo konsert verib. Bundan başqa bir çox dövlət tədbirlərində , televiziyalarda çıxış edib. Tez-tez internatlarda, hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində silsilə konsertlər verib. Xalq artisti Eldar Mansurovun dəstəyi ilə onun bir neçə mahnısını ifa edib. Xalq artisti Flora Kərimova ilə «Etiraf» adlı dueti isə bu yaxınlarda işıq üzü görəcək. Rüfət Xəlilovun ən böyük arzularından biri də gələn il Avrovisiya yarışmasında iştirak edərək, qalibi olmaq və Şuşada böyük bir səhnədə «Mən Azərbaycanlıyam» və «Vətənim Azərbaycan» mahnısını oxumaqdır. Məlumat üçün bildirək ki, Rüfət Xəlilovun ifasında səslənən «Mən Azərbaycanlıyam» mahnısına klip çəkilib. Səhnə adı ADAM olan Rüfət Xəlilov özü yazıb, bəstələdiyi mahnıya çəkilən klipin də rejissorudur. Rəng korreksiyası «Road Film Company» --Oktay Məmmədov tərəfindən həyata keçirilib.

"Mən Azərbaycanlıyam" proekti - Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi, veteranlar arasında güləş üzrə dünya çempionu, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin dəstəyi ilə ərsəyə gəlib. Qeyd edək ki, Oleq Krapivin 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. Sərbəst güləş üzrə 14 qat Azərbaycan çempionudur. Yığma komandalar səviyyəsində müxtəlif beynəlxalq turnirlərin qalibi olub. 2007-ci il Oleqin həyatında ən əlamətdar il olur. O, Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanır. 1989-cu ildən Kiyev şəhərində yaşayır. Ailəlidir, 4 övladı da var. Böyük xeyriyəçiliklə məşğul olan həmerlimiz istər Azərbaycanda, istərsə də Ukraynada öz maddi dəstəyini əsirgəmir. Daim İdman sahəsinə, uşaq evlərinə və ehtiyacı olan ailələlər köməklik göstərir.





Anar Əhmədov



6028 oxunub

InvestAZ