XƏBƏR LENTİ
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026



Bu gün Çempionlar Liqasında 1/4 finalın ilk iştirakçıları müəyyənləşəcək
İdman 12:06 / 17.03.2026

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Olimpiyadunyasi.com xəbər verir ki, cavab oyunlarının ilk oyun günündə dörd qarşılaşma təşkil olunacaq. Günün ilk matçı Portuqaliyada "Sportinq” və Norveçin "Budyo Qlimt” komandaları arasında keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 21:45-də səslənəcək. Günün digər üç qarşılaşması isəgecə saat 00:00-da başlayacaq. İngiltərə təmsilçilərindən "Arsenal” Almaniyanın "Bayer”, "Çelsi” Fransanın PSJ, "Mançester Siti" isə İspaniyanın "Real Madrid" klubunu qəbul edəcək.

Qeyd edək ki, bu komandalar arasında ötən həftə keçirilən ilk oyunda "Budyo Qlimit" "Sportinq"ə 3:0, PSJ "Çelsi"yə 5:2, "Real" isə "Mançester Siti"yə 3:0 hesabı ilə məğlub olub. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi "Bayer" -"Arsenal" oyununda isə qalib müəyyənləşməyib - 1:1.


224 oxunub

InvestAZ