XƏBƏR LENTİ
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026



Bakıda daha bir dünya çempionatı keçiriləcək
İdman 11:27 / 17.03.2026

Azərbaycan bu yay daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək.

Avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə 2 beynəlxalq turnir keçiriləcək. Avqustun 27-də paytaxtımızda U17 dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi təşkil ediləcək. Hər iki yarış ölkəmizdə ilk dəfə keçiriləcək.

Xatırladaq ki, Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U17 dünya çempionatına da ev sahibliyi edəcək. Beləliklə, yay mövsümündə paytaxtımız dünya güləşinin mərkəzlərindən birinə çevriləcək.


234 oxunub

InvestAZ