XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026



"İstedadların seçimi" yarışı başa çatdı
İdman 10:33 / 16.03.2026

Cüdo üzrə U-16 yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turuna yekun vurulub. Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirdə 67 klub və idman cəmiyyətindən 270 oğlan, 49 qız olmaqla 221 idmançı mübarizə aparıb. Qaliblər diplom və medallarla təltif olunublar.

"İstedadların seçimi" yarışının keçirilməsində məqsəd milli komandanın sağlam alt bazasının formalaşdırılması, yığmaya namizəd perspektivli idmançıların aşkar edilməsi və dayanıqlı ehtiyat bazanın formalaşdırılmasıdır. 2 turun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk 4 pillədə qərarlaşan idmançılar "Gələcəyin ümidləri" təlim proqramına cəlb olunacaq.



200 oxunub

InvestAZ