XƏBƏR LENTİ
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026



Boksçularımız Monteneqro kubokuna yollanıblar
İdman 11:34 / 13.03.2026

Martın 15-də Budvada boks üzrə Monteneqro kuboku start götürəcək.

Olimpiyadunyasi.com Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan millisi 2 idmançı ilə mübarizə aparacaq.

Yığmanın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında Tağı Nəsibov və Məhəmmədəli Qasımzadə rinqə çıxacaqlar. Onların hər ikisi 60 kq çəki dərəcəsində döyüşəcəklər.

Qeyd edək ki, bu gün Budvaya yollanan komanda martın 22-də Bakıya qayıdacaq.


278 oxunub

InvestAZ