XƏBƏR LENTİ
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



“Olimpiya təhsili ilə bağlı təlim materiallarının öyrədilməsi yolları” adlı dərs vəsaiti nəşr olunub
İdman 16:09 / 06.03.2026

Olimpiya təhsilinin inkişafına töhfə verən yeni dərs vəsaiti işıq üzü görüb. Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov, MOK-un mətbuat katibi, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev və ikiqat paralimpiya çempionu İlham Zəkiyevin müəllifi olduqları "Olimpiya təhsili ilə bağlı təlim materiallarının öyrədilməsi yolları” adlı dərs vəsaiti çapdan çıxıb.

Olimpiyadunyasi.com xəbər verir ki, nəşrdə Olimpiya təhsili ilə bağlı müxtəlif sənədli materiallar, olimpizm fəlsəfəsinin mahiyyəti, müasir Olimpiya hərəkatının inkişafının fəlsəfi əsasları, Olimpiya muzeyləri, sağlam həyat tərzinin formalaşdırılması, həmçinin Olimpiya Hərəkatının əsas prinsipləri və bu ideyaların təhsil sistemində tətbiqi yolları geniş şəkildə təqdim olunub.

Dərs vəsaitində regionlarda Olimpiya məktəblərinin yaradılması, uşaq, yeniyetmə və gənclərin bu məktəblərə cəlb olunması da Olimpiya təhsili proqramının əsas istiqamətlərindən biri kimi göstərilir. Eyni zamanda ümumtəhsil məktəblərində Olimpiya mədəniyyətinin formalaşdırılması, şagirdlərdə Olimpiya biliklərinin artırılması, sağlam həyat tərzinin təbliği və olimpizm ideyalarına uyğun mənəvi-əxlaqi dəyərlərin aşılanması məsələləri geniş şəkildə şərh edilib.

Vəsaitdəümumtəhsil məktəblərində Olimpiya mədəniyyətinin formalaşdırılması, şagirdlərdə Olimpiya təhsilinin öyrədilmə yolları,Azərbaycan ilə Beynəlxalq Olimpiya Akademiyası arasında əlaqələr, Olimpdə incəsənətin rolu kimi mövzulara da xüsusi yer ayrılıb. Müəlliflər dərs prosesində və dərsdənkənar fəaliyyətlərdə şagirdlərə Olimpiya Hərəkatı, Olimpiya idealları və olimpizm fəlsəfəsi barədə dolğun biliklərin verilməsini nəşrin əsas məqsədlərindən biri kimi qeyd edirlər.

200 kompüter mətni səhifəsindən ibarət olan dərs vəsaiti giriş, 7 fəsil və 173 yarımfəsildən ibarətdir. Kitabda rus və ingilis dillərində xülasələr, həmçinin 109 mənbəni əhatə edən geniş ədəbiyyat siyahısı da yer alıb. Qeyd olunur ki, bu vəsait ölkəmizdə olimpizm təhsili və mədəniyyətinin öyrənilməsi və təbliği baxımından ilk fundamental nəşrlərdən biri hesab olunur.

Dərs vəsaiti ali məktəb tələbələri, magistrantlar, dissertantlar, doktorantlar, müəllimlər, gənc tədqiqatçılar, məktəblilər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Qeyd edək ki, nəşr Azərbaycan İdman Akademiyasının Metodşurasının 13 fevral 2023-cü il tarixli iclasında (protokol №6) müzakirə olunaraq bəyənilib və çapı məqsədəuyğun hesab edilib.


577 oxunub

InvestAZ