XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026



"Xetafe" 18 ildən sonra səfərdə "Real"a qalib gəldi 
İdman 09:44 / 03.03.2026

Futbol üzrə İspaniya La Liqasında XXVI turun oyunlarına yekun vurulub.

Turun son oyununda Madridin "Real" klubu "Santyaqo Bernabeu"da "Xetafe"ni qonaq edib. Oyunun taleyini bir qol həll edib. Matçda vurulan yeganə qolun müəllifi 39-cu dəqiqədə fərqlənən qonaqların futbolçusu Martin Satriano olub. Belələiklə, "Xetafe" klubu səfərdə "Real"ı məğlub edərək tarixi nəticəyə imza atıb.Belə ki, bu, qonaqların 18 ildən sonra Madrid səfərində qazandığı ilk qələbə olub. Bu qələbədən sonra xallarının sayını 32-yə çatdıran "Xetafe" 11-ci pilləyə yüksəlib. Aktivində 60 xalı olan "Real" isə ikincidir. "Kral klubu" lider "Barselona"dan 4 xal geri qalır.

Qeyd edək ki, "Xetafe" sonuncu dəfə 2008-ci ildə "Santyaqo Bernabeu"da rəqibini 0:1 hesabı ilə məğlub etməyi bacarmışdı.


201 oxunub

InvestAZ