XƏBƏR LENTİ
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026



Yeniyetmə voleybolçular arasında seleksiya prosesi Naxçıvanda yekunlaşdı 
İdman 11:51 / 25.02.2026

Azərbaycan Voleybol Federasiyasının (AVF) yeniyetmə və gənc qız voleybolçular arasında keçirdiyi seleksiya prosesi başa çatıb.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindənverilən məlumata görə, "Seçim günü"nün son mərhələsi Naxçıvanda təşkil olunub.

Qurumun Naxçıvan filialında məşq edən 2012–2013-cü il təvəllüdlü 100-ə yaxın voleybolçunun hazırlıq səviyyəsi yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma tərəfindən yoxlanılıb.

Seçim zamanı idmançılar müəyyən olunmuş normativlər üzrə sınaqlardan keçirilib, onların fiziki və texniki göstəriciləri məşqçilər heyəti tərəfindən qeydə alınıb. Seçim mərhələsini uğurla keçən idmançılar növbəti aylarda federasiya tərəfindən təşkil olunacaq təlim-məşq toplanışlarına cəlb olunacaqlar.

Qeyd edək ki, "Seçim günü"nə yanvar ayında start verilmiş, seçimlər Bakıda və regionlarda fəaliyyət göstərən Regional Voleybol Klublarında məşq edən idmançılar arasında aparılıb.


175 oxunub

InvestAZ