XƏBƏR LENTİ
23 Fevral 2026
22 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026
18 Fevral 2026
17 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026



Əsas hədəfimiz ölkəmizi bu mötəbər yarışda layiqincə təmsil etmək və qış idman növləri üzrə təcrübəmizi artırmaqdır
İdman 14:36 / 23.02.2026

İtaliyanın Milan və Kortina Ampetso şəhərlərinin ev sahibliyi etdiyi XXV Qış Olimpiya Oyunlarıbaşa çatıb.

Bu barədə Azərbaycan komandasının şef-de-missionu Anar Bağırov açıqlama verib.

"Azərbaycan komandasının şef-de-missionu olaraq bildirmək istəyirəm ki, bu möhtəşəm idman bayramı həm təşkilatçılıq, həm də rəqabət baxımından yadda qalan hadisələrlə zəngin oldu. İtaliya bu genişmiqyaslı yarışı yüksək səviyyədə təşkil etməyi bacardı. İki fərqli mərkəzdə keçirilməsinə baxmayaraq, logistika və idmançıların rahatlığı ən yüksək səviyyədə təmin olunmuşdu. Olimpiya Oyunlarının bağlanış mərasimi bu böyük birliyin və idman həmrəyliyinin yekunu oldu. Bu oyunlar bizə bir daha göstərdi ki, qış idman növlərinin inkişafı üçün böyük potensial var və biz əldə etdiyimiz təcrübəni növbəti illərdə daha böyük uğurlara çevirmək niyyətindəyik”, - deyə Anar Bağırov qeyd edib.


207 oxunub

InvestAZ