XƏBƏR LENTİ
19 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yüksək Liqada final oyununun tarixi müəyyənləşib
İdman 15:23 / 15.04.2026

Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer və çempionluq uğrunda oyunların keçiriləcəyi tarixlər bəlli olub.

Bu barədə Azərbaycan Voleybol Fedrasiyasından məlumat verilib.

Aprelin 18-də kişilərin yarışında üçüncü yer uğrunda "Neftçi" və "Murov Az Terminal" klubları, finalda isə "Xilasedici" və "Ordu" komandaları üz-üzə gələcəklər. Qarşılaşmalar müvafiq olaraq saat 13:00 və 16:00-da start götürəcək.

Qadın voleybolçular mükafatlar üçün aprelin 19-da meydana çıxacaqlar. Üçüncü yer uğrunda "Milli Aviasiya Akademiyası" ilə "Gəncə", finalda isə "Turan" və "DH Volley" komandaları qarşılaşacaqlar. Görüşlər saat 13:00 və 16:00-da olacaq.

Bütün matçlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.

Hər iki final oyunundan dərhal sonra qaliblərin mükafatlandırma mərasimi baş tutacaq.


1433 oxunub

InvestAZ