XƏBƏR LENTİ
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Avarçəkənlərimiz beynəlxalq turnirdə iştirak edəcəklər 
İdman 13:40 / 10.04.2026

Aprelin 16-18-də kayak və kanoe üzrə gənclərdən ibarət yığma komandamız Türkiyənin Adana şəhərində keçiriləcək "Bahar Kuboku” beynəlxalq reqatasında iştirak edəcək.
Olimpnews.az xəbər verir ki, bu barədə Azərbaycan Su İdmanı Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Yarışlarda Azərbaycan Su İdman Növləri Federasiyası Qurban Sadıqlının məşqçiliyi ilə 7 nəfərlik heyətlə mübarizə aparacaq.

Elmir Tarverdiyev, Mustafa Vəlizadə, Qiyas Əhmədov, Tengiz Qaqnidze kayak qayığında, Hüseyn Səmədli, Vaqif Mustafazadə, Fəxri Sadıqlı isə kanoe növü üzrə mükafatçılar sırasına düşməyə çalışacaq.


225 oxunub

InvestAZ