İdman 10:04 / 10.04.2026
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunlarına start veriləcək.
Turun ilk oyun günündə bir qarşılaşma təşkil olunacaq. Günün yeganə oyununda "Karvan-Yevlax" klubu doğma azarkeşər önündə"Kəpəz”i qəbul edəcək.Saat 15:30-da başlayacaq oyunun baş hakimi Nicat İsmayıllı olacaq. 26 turdan sonra "Kəpəz" komandası 21 xalla 10-cu, Yevlax təmsilçisi isə 8 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.