İdman 12:25 / 07.04.2026
Bu gün "Sabah" basketbol klubunun U-18 komandası gənclər arasında Çempionlar Liqasında mübarizəyə başlayacaq.
B qrupunda yer alan təmsilçimiz ilk oyununda Bosniya və Herseqovinanın "İqokea" komandası ilə qarşılaşacaq.Laktasi şəhərində təşkil olunacaq oyunun start fitiBakı vaxtı ilə saat 19:30-da səslənəcək.
Xatırladaq ki, turnirin reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaq.