XƏBƏR LENTİ
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbol Liqasında pley-in mərhələsinin oyun cədvəli açıqlanıb
İdman 10:05 / 01.04.2026

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin oyun cədvəli açıqlanıb.

Qarşılaşmalar aprelin 3-10-u aralığında keçiriləcək.

Reqlamentə əsasən, iki qələbəyə ən tez çatan komanda 1/4 finala vəsiqə qazanacaq.

İlk oyun günündə – aprelin 3-də iki qarşılaşma baş tutacaq. Saat 15:00-da "Quba" ilə "Şəki" üz-üzə gələcək. Günün digər matçında,msaat 19:00-da isə "Naxçıvan" "Sərhədçi" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Növbəti gün, saat 14:00-da "Gəncə" "Lənkəran"la qarşılaşacaq. Günün son oyununda, saat 16:00-da NTD "Sumqayıt"ı qəbul edəcək.

Tərəflər arasında cavab oyunları aprelin 6-7-nə təsadüf edəcək. Aprelin 6-da, saat 14:00-da "Şəki" – "Quba", 20:00-da isə "Sərhədçi" – "Naxçıvan" qarşılaşmaları keçiriləcək.

Aprelin 7-də isə daha iki oyun baş tutacaq. Saat 15:00-da "Lənkəran" "Gəncə"ni sınağa çəkəcək. Günün son matçında, saat 19:00-da "Sumqayıt" NTD ilə üz-üzə gələcək.

Zərurət yaranacağı halda, əlavə oyunlar aprelin 9-10-da təşkil olunacaq. Bu qarşılaşmalar pley-in mərhələsində qaliblərin müəyyənləşməsi üçün həlledici rol oynaya bilər.


1868 oxunub

InvestAZ