XƏBƏR LENTİ
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026



ACF 25 klub və idman təşkilatına lisenziya təqdim edib
İdman 00:15 / 19.03.2026

Martın 18-də Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən daha 25 klub və idman təşkilatına beş il müddətinə lisenziya təqdim edilib.

Olimpiyadunyasi.com ACF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumlar tələb olunan sənədləri müəyyən olunmuş qaydalara uyğun şəkildə təqdim edib və müvafiq meyarlar əsasında seçimdən keçiblər.

Təqdimat mərasimində ACF-in idman direktoru və baş katibin müavini Kamran Talıbov lisenziyalaşdırma prosesinin mahiyyəti və əhəmiyyəti, eləcə də klub və idman təşkilatlarının üzərinə düşən öhdəliklər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, bundan əvvəl ACF tərəfindən 202 klub və idman təşkilatına lisenziya təqdim olunub.



280 oxunub

InvestAZ