İdman 11:05 / 19.03.2026
İspaniyanın Barselona şəhərində paraüzgüçülük üzrə Dünya seriyasının Barselona mərhələsi keçiriləcək.
Ölkəmizi yarışda S12 kateqoriyasında Raman Salei, S10-da isə yeniyetmə paraüzgüçülər - Əli Vəliyev və Murad Məmmədov təmsil edəcək.
Turnir martın 19-dan 22-dək təşkil olunacaq.