XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026



Avrasiya Liqasında uğurlu nəticə
İdman 12:15 / 16.03.2026

Azərbaycanın qadın stolüstü tennisçiləri Qazaxıstanda keçirilən Avrasiya Liqasında uğurlu çıxış ediblər.

Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Almatı sınaqlarına qatılan Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət kvartet ilk dəfə olduğu üçün yarışın II liqasında mübarizə aparıb.

1-ci turda finaladək keçirdiyi 8 oyunun 7-də qalib gələn komandamız yalnız finalda Özbəkistan millisinə uduzaraq ikinci yerdə qərarlaşıb.

Yarışın növbəti turunun oyunları mayın 28-31-də keçiriləcək. 4 turun nəticəsinə əsasən ilk iki yeri tutan kollektivlər Superliqaya vəsiqə qazanacaqlar.



305 oxunub

InvestAZ