XƏBƏR LENTİ
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026



Yüksək Liqada pley-off mərhələsinin tarixi müəyyənləşdi
İdman 15:18 / 12.03.2026

Yüksək Liqada pley-off mərhələsinin tarixi müəyyənləşdi

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qadın və kişi voleybolçuların Yüksək Liqasında çıxış edən komandaların menecerləri ilə görüş keçirilib.

Olimpiyadunyasi.com xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.Görüşdə Azərbaycan Voleybol Federasiyasının İdman şöbəsinin direktoru Şir-Aslan Kərimov və federasiyanın meneceri Yelena Parxomenko iştirak ediblər.

İclas zamanı Yüksək Liqanın pley-off mərhələsi ilə bağlı məsələlər müzakirə olunub, klublara ətraflı məlumat verilib. Oyunların keçirilmə tarixləri, komandalar üçün nəzərdə tutulan məşq proqramları və digər təşkilati məsələlər diqqətə çatdırılıb.

Bildirilib ki, qadın komandaları pley-off mərhələsinin oyunlarına martın 27-də, kişi komandaların isə aprelin 6-da start veriləcəklər. Bürünc medal uğrunda oyunlar və final qarşılaşmaları 18-19 aprel tarixlərində keçiriləcək.

Qeyd edək ki, pley-off və yarımfinal oyunları 2 oyundan (ev-səfər) ibarət olacaq. İki oyunun nəticəsində komandaların qələbələri bərabər olarsa qızıl set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun olacaq.


3829 oxunub

InvestAZ