İdman 11:38 / 22.04.2026
Bu gün futbol üzrə Azərbaycan Kubokunda növbəti finalçının adına aydınlıq gələcək.
Yarımfinalın ikinci cavab oyununda "Sabah” klubu Masazırdakı "Bank Respublika Arena”da "Qarabağ”ı qonaq edəcək. Oyunun start fiti saat 20:00-da səslənəcək.
Bu komandaların ilk oyununda heç-heçə qeydə alınıb - 2:2.
Qeyd edək ki, "Sabah” - "Qarabağ” qarşılaşmasının qalibi həlledici görüşdə"Zirə” ilə üz-üzə gələcək.