XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıda Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin
İdman 18:57 / 16.04.2026
Bu gün Bakıda Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin konfransı işini yekunlaşdırıb. 
Olimpiyadunyasi.com xəbər verir ki, "Baku Marriott Hotel Boulevard”da keçirilən mötəbər tədbirin ikinci gününə liderlik bacarıqları və kommunikasiya mövzusunda müzakirələrlə start verilib.
Növbəti sessiyada Almaniya Atletika Federasiyasının nümayəndəsi Kristin Behrensin ənənəvi mühitdə liderlik dəyişiklikləri, layihə və insan resurslarının idarə olunması mövzusunda çıxışı dinlənilib.
Ardınca Finlandiya Atletika Federasiyasının prezidenti Riikka Pakarinen rəhbərlik etdiyi qurumun maliyyələşdirmə modelləri ilə bağlı təcrübəsini bölüşüb.
Sonda Avropa Atletikasının CEO-su Kristian Milz iki gün davam edən tədbirin yekunları barədə danışıb, təşkilatçılara və iştirakçılara təşəkkürünü çatdırıb.
Qeyd edək ki, Bakının ilk dəfə ev sahibliyi etdiyi konfransda 32 ölkədən 50 nümayəndə iştirak edib.

290 oxunub

InvestAZ