XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa çempionatı: Cüdoçularımız ilk yarış gününü iki medalla başa vurdular
İdman 19:09 / 16.04.2026
Azərbaycan komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə  çempionatında daha bİr medal qazanıb. 
Olimpiyadunyasi.com xəbər verir ki, yarışların ilk günündə Turan Bayramov mükafatçılar sırasında yer alıb. 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda görüşdə rusiyalı Abdullah Parçiyevə qalib gələrək bürünc medala layiq görülüb. 
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Balabəy Ağayevə qalib gələrək bürünc medal qazanmışdı. 
Beləliklə, cüdoçularımız ilk yarış gününü iki bürünc medalla başa vurub. 
Aprelin 19-dək davam edəcək Avropa çempionatında 15 cüdoçumuz mübarizə aparır. 

255 oxunub

InvestAZ