XƏBƏR LENTİ
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026



Kross qaçışı üzrə ölkə çempionatı keçirilib
İdman 00:17 / 13.04.2026
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib. Yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Bərdə, Gədəbəy, İsmayıllı, Astara, Şəmkir və Xızıdan olan 80-dən artıq atlet mübarizə aparıb. Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə idmançısı Bəxtiyar Əsgərli ölkə çempionu adını qazanıb. 6 km məsafədə Gəncə təmsilçisi Sənan Bayramov, 3 və 2 km-də isə müvafiq olaraq Nihat Qəfərov və Royal Miraczadə qalib olublar. Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova növbəti dəfə ölkə çempionu olub. 4 km-də Elina Yusupova, 2 km-də Nila Heydərova, 1 km-də isə Mədinə Qocayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
270 oxunub

InvestAZ