XƏBƏR LENTİ
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Türkiyə millisi 24 ildən sonra dünya çempionatında
İdman 00:49 / 01.04.2026

Türkiyə millisi futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.

Olimpiyadunyasi.com xəbər verir ki, "ay-ulduzlular"Avropa zonası üzrə pley-off mərhələsinin final oyunundaKosovodan üstün olaraq bu hüquqa yiyələnib -0:1. Matçda vurulan yeganə qolun müəllifi 53-cü dəqiqədə fərqənən Kərəm Aktürkoğlu olub. Beləliklə, Türkiyə milli komandası 24 ildən sonra dünya çempionatına vəsiqə əldə edib. Qardaş ölkə təmsilçisi sonuncu dəfə DÇ-2002-də iştirak etmiş və bürünc medallara sahib olmuşdu.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.



2316 oxunub

InvestAZ