XƏBƏR LENTİ
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Konkur üzrə “Bahar” Kuboku keçiriləcək
İdman 13:23 / 10.04.2026

Aprelin 14-15-də konkur üzrə "Bahar” Kuboku turniri keçiriləcək. 

Azərbaycan Atçılıq Federasiyasının mətbaut xidmətindən verilən məlumata görə, Novxanı qəsəbəsindəki "Sərhədçi” Atçılıq Mərkəzində təşkil olunacaq yarışda qələbə uğrunda "Omar”, "Sərhədçi”, "Murad” və "Elite” klubları, həmçinin Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən 20-dən artıq iştirakçı mübarizə aparacaq. İdmançılar 3 kateqoriyada - hündürlüyü 90 (A kateqoriyası), 115 (L kateqoriyası) və 125 santimetr (M kateqoriyası) olan maneələrin dəf olunmasında yarışacaqlar. Turnirin yekununa görə, hər nominasiyada ilk 5 yeri tutacaq iştirakçılara mükafatlar təqdim olunacaq.


154 oxunub

InvestAZ