XƏBƏR LENTİ
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Avropa Ağırlıqqaldırma Federasiyasının konqresində təmsil olunur
İdman 11:35 / 17.04.2026

Gürcüstanın Batumi şəhərində Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) növbəti konqresi keçirilir.

Bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Konqresdə ölkəmizi Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının "Məsləhət Qrupu”nun üzvü Firdovsi Umudov təmsil edir. Əvvəlcə EWF-nin prezidenti Astrit Hasani çıxış edərək konqresin proqramını diqqətə çatdırıb və illik hesabatı təqdim edib. Audit hesabatlarının təsdiqindən sonra 2026-2027-ci illərdə baş tutacaq yarışlarla bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra Avropa Ağırlıqqaldırma Federasiyasında boş qalan vəzifə yerlərinə növbədənkənar seçkilər keçirilib.

Firdovsi Umudov konqresdə iştirakı çərçivəsində EWF-nin prezidenti Astrit Hasani, qurumun baş katibi Milan Mixayloviç, eləcə də Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti Laşa Talaxadze ilə görüşüb. Görüşlərdə yarışların təşkili, qaydalardakı yeniliklər və ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb.


96 oxunub

InvestAZ