İdman 10:55 / 22.04.2026
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrəAvropa çempionatı davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün Azərbaycanın iki qadın güləşçisixalça üzərinə çıxacaq. Elnurə Məmmədova (50 kiloqram) yarışa təsnifatdan, Günay Qurbanova (59 kiloqram) isə 1/4 finaldan başlayacaq.
Onlar müvafiq olaraq, Aqata Marta Valerzak (Polşa) və Elena Heike Bruqqeri (Almaniya) sınağa çəkəcəklər.
Bu gün, həmçinin yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qızıl, Nihat Məmmədli (60 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.