İdman 10:22 / 20.04.2026
FİFA prezidenti Canni İnfantino futbol üzrə dünya çempionatı zamanı daha bir yeni layihənin həyata keçiriləcəyi barədə açıqlama verib.
"Tarixdə ilk dəfə olaraq dünya çempionatının finalında azarkeşlərə fasilə şousu təqdim edəcəyik. Həmin konsert proqramında hansı məşhurun çıxış edəcəyini əvvəlcədən açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, bu şouda bir neçə müğənni iştirak edəcək. Bu, Yer kürəsində ən böyük şou kimi yadda qalacaq”, - deyə Goal saytı İnfantinonun sözlərindən sitat gətirib.
Qeyd edək ki, DÇ-2026 üç ölkədə - ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Çempionatın final matçı iyulun 19-da Nyu-Cersi ştatındakı "MetLife” stadionunda keçiriləcək.