XƏBƏR LENTİ
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa çempionatı: Olimpiya çempionumuz gümüş medal qazandı
İdman 17:20 / 17.04.2026
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir. 
Olimpiyadunyasi.com xəbər verir ki, bu gün Azərbaycan komandasının bir üzvü - dünya, Avropa və Olimpiya çempionumuz Hidayət Heydərov tatami üzərinə çıxıb. -73 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Yunanıstan, Kosovo, Fransa və Türkiyə cüdoçularına qalib gələn idmançımız finala vəsiqə əldə edib.  Həlledici qarşılaşmada gürcüstanlı Laşa Şavdatuaşviliyə məğlub olan Hidayət Heydərov karyerasında ikinci dəfə Avropa çempionatının gümüş medalına layiq görülüb.
Xatırladaq ki, çempionatın ilk günündə Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) komandamıza bürünc medal qazandırmışdı. 
Avropa çempionatına aprelin 19-da yekun vurulacaq. 

250 oxunub

InvestAZ