XƏBƏR LENTİ
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026



Lənkəranda qızlar üçün futbol festivalı keçirilib
İdman 12:21 / 27.04.2026

AFFA-nın təşkilatçılığı və FIFA-nın dəstəyi ilə "FIFA Women’s Development Programme” çərçivəsində 8-10 yaşlı qızlar üçün futbol festivalı keçirilib.

AFFA-dan verilən məlumata görə, Lənkəran Olimpiya İdman Kompleksində keçirilən tədbirdə 63 qız iştirak edib. 

Proqram çərçivəsində iştirakçılar üçün sadə futbol məşqləri, estafet oyunları və əyləncəli fəaliyyətlər təşkil olunub. Həmçinin milli komandanın futbolçuları ilə fotozona yaradılıb və məşqçilər tərəfindən topla ilkin davranış qaydaları göstərilib. Qızlar həm əyləniblər, həm də futbol bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

Tədbirdə AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov, Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, assosiasiya nümayəndələri, qadınlardan ibarət milli komandaların məşqçiləri və oyunçuları iştirak ediblər. Millinin üzvü Mədinə Curuqova festivalın gənc səfiri seçilib.

İştirakçılar AFFA tərəfindən idman geyimi, toplar və gödəkçələrlə təmin olunublar.

Bu cür festivalların gələcəkdə də davamlı keçirilməsi planlaşdırılır. Layihənin təşkilində əsas məqsəd qızlar arasında sağlam həyat tərzini təşviq etmək, futbola marağı artırmaq, gələcəkdə onları liqalara və milli komandalara hazırlamaqdır.


112 oxunub

InvestAZ