XƏBƏR LENTİ
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Voleybol məşqçiləri üçün beynəlxalq seminar keçiriləcək
İdman 15:35 / 10.03.2026

Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar keçiriləcək.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level 2 seminarı mayın 25-dən 29-dək Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən təşkil olunacaq.

Seminara FIVB-nin məşqçi-instruktoru, professor, türkiyəli Cengiz Akarçeşme rəhbərlik edəcək.

FIVB-nin müəyyən etdiyi şərtlərə əsasən, Level-1 kursunu ən azı 2 il öncə keçmiş mütəxəssislər seminara qatıla bilərlər. Namizədlər ingilis dilini bilməli, həmçinin sağlamlıq vəziyyəti, fiziki hazırlıq səviyyəsi və məşqçilik bacarıqları ilə tələblərə cavab verməlidirlər.


3312 oxunub

InvestAZ