XƏBƏR LENTİ
23 Fevral 2026
22 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026
18 Fevral 2026
17 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026



Tarixdə öz növündə ilk Olimpiya çempionu kimi qalacaq  
İdman 14:45 / 20.02.2026

İspaniyalı xizəkçi Oriol Kardona Koll Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında kişilər arasında sprint yarışlarını qələbə ilə başa vurub.

Olimpiyadunyasi.com xəbər verir ki, bundan başqa o, xizək alpinizmində ilk Olimpiya çempionu adını qazanıb. Güclü qar yağıntısı altında keçirilən yarışda ikinci yeri rəqibindən 1.52 saniyə geri qalan neytral Nikita Filippov tutub. Bürünc medal isə fransalı Tibo Anselmeyə (+2.31) yiyələnib.
Qeyd edək ki, xizək alpinizmi ilk dəfədir ki, Qış Olimpiya Oyunlarına proqramına daxil edilib.

Milan-Kortina-2026

Xizək alpinizmi (Kişilər sprint)

Final:

1. Oriol Kardona Koll (İspaniya) - 2:34.03.
2. Nikita Filippov (Neytral) - +1.52.
3. Thibaut Anselme (Fransa) +2.31
4. Arnaud Lita (İsveçrə) +3.04
5. Ot Ferrer (İspaniya) +20.42
6. Jon Kistler (İsveçrə) +23.84


156 oxunub

InvestAZ