XƏBƏR LENTİ
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026



BCF Akademiyasının idman direktoru Bakıda seminar keçib
İdman 11:42 / 25.02.2026

Beynəlxalq Cüdo Federasiyası Akademiyasının idman direktoru Daniel Laskaunun təqdimatında Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvləri üçün seminar təşkil olunub.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Olimpiyadunyasi.com-a verilən məlumata görə, tədbirdə qiymətləndirmə meyarları, video-təkrar (VAR) sisteminin tətbiqi və mübahisəli epizodların düzgün şərhi ətrafında geniş müzakirələr aparılıb.

Daniel Laskau çıxışında beynəlxalq turnirlərdə hakimliyin keyfiyyətinin artırılmasının vacibliyini vurğulayaraq bildirib ki, milli federasiyalarda təşkil olunan bu cür maarifləndirici seminarlar hakimlərin peşəkar inkişafında mühüm rol oynayır. O, interaktiv təqdimatlar və praktiki nümunələr vasitəsilə iştirakçıların suallarını cavablandırıb, real yarış situasiyaları üzərində təhlillər aparıb.

Seminarda respublika dərəcəli və beynəlxalq kateqoriyalı hakimlər iştirak ediblər. Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

Məşğələnin əsas məqsədi hakimlərin nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması, beynəlxalq qaydalardakı son yeniliklərin izahı və yarışların idarə olunmasında vahid yanaşmanın təmin edilməsi olub.


267 oxunub

InvestAZ