XƏBƏR LENTİ
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026
18 Fevral 2026



İki boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı
İdman 11:06 / 24.02.2026

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə "Strandja” beynəlxalq turnirinə start verilib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə,31 ölkədən 338 idmançının mübarizə apardığı yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü qələbə qazanıb.

50 kq çəki dərəcəsində Bilalhəbaşi Nəzərov 1/8 finalda Luis Runini (İrlandiya) sınağa çəkib. Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb - 4:1 (30:27, 30:27, 28:29, 29:28, 30:27). O, növbəti görüşünü fevralın 27-də Rudolf Qarboyana (Ermənistan) qarşı keçirəcək.

Məhəmmədəli Aşırəliyev (60 kq) də turnirə qələbə ilə başlayıb. O, 1/16 finalda Mişel Baldassini (İtaliya) 3:2 (30:27, 29:28, 28:29, 30:27, 28:29) hesabı ilə məğlub edib. Azərbaycan çempionu növbəti qarşılaşmasında Yazal Hussam Seyfellə (Misir) üz-üzə gələcək. Döyüş fevralın 25-də olacaq.

Qeyd edək ki, yarışa martın 1-də yekun vurulacaq.


221 oxunub

InvestAZ