XƏBƏR LENTİ
01 May 2026
30 Aprel 2026
28 Aprel 2026
27 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026



Hakimlər Komitəsinin təşkilatçılığı ilə növbəti seminar 
İdman 11:15 / 23.02.2026
Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə növbəti nəzəri seminar keçirilib.
Seminar ACF prezidentinin müşaviri Natiq Bağırov, qurumun hakimlər üzrə meneceri, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli və Hakimlər Komitəsinin üzvü Abbas Şahverdiyevin rəhbərliyi ilə təşkil olunub.
Tədbirdə Beynəlxalq Cüdo Federasiyasının bu il yenilənmiş "İdman və təşkilatçılıq qaydaları" (SOR) kitabı üzrə müddəalar təkrar edilib, qaydalar ətrafında geniş müzakirələr aparılıb.
4251 oxunub

InvestAZ