XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



"Qarabağ"ın Çempionlar Liqası macərası başa çatdı
İdman 02:08 / 25.02.2026

Azərbaycanın "Qarabağ" klubu qitənin ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

Olimpnews.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komandapley-off mərhələsinin cavab oyununda İngiltərədə "Nyukasl"ın qonağı olub.Ağdam təmsilçisi"Sent-Ceyms Park" keçirilən oyunda meydandan 3:2 hesablı məğlubiyyətlə ayrılıb.

Mtçda hesab 5-ci dəqiqədə açılıb.Sandro Tonali meydan sahiblərini hesabda irəli çıxarıb. Bir dəqiqə sonra Joelinton fərqi iki topa çatdırıb. Matçın ikinci hissəsinin əvvəllərində "Qarabağ" buraxılan toplardan birinin əvəzini çıxıb. "Köhlən atlar"ın heyətində Kamilo Duran fərqlənib. Lakin bir dəqiqə sonra İngiltərə təmsilçisiSven Botmanın sayəsində fərqi yenidən artırıb.Matçda son qolu isə 57-ci dəqiqədə"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev vurub. Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda "Nyukasl" klubu 6:1 hesablı qələbə qazanıb.

Beləliklə, "Qarabağ" klubu iki oyunun nəticəsinə görə 9:3 hesabı ilə "Nyukasl"a məğlub olaraqÇempionlar Liqası ilə vidalaşıb.


2538 oxunub

InvestAZ