XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Azərbaycan çempionatı tarixində 250-ci avtoqol
İdman 10:55 / 25.02.2026

Misli Premyer Liqasının XIV turundan təxirə salınan "Qəbələ” – "Turan Tovuz” matçı (0:3) avtoqolla əlamətdar olub.

Olimpiyadunyasi.com Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, görüşdəki son qolu meydan sahiblərinin futbolçusu Seydina Keyta öz qapısına vurub.

Bu, Azərbaycan çempionatlarının yüksək liqasının tarixində 250-ci avtoqol olub. 1992-ci ildən keçirilən yarışda ilk avtoqol həmin il mayın 16-da qeydə alınıb. Kürdəmir "Şirvan”ının futbolçusu Vahid Mahmudov "Kürmük”lə səfər görüşündə (0:6) "fərqlənib”.

İndiyədək 44 komanda öz qapısına qol vurub. 40 komanda rəqib qoluna sevinib. Keyta avtoqol müəllifi olan 207-ci futbolçu olub.

Qeyd edək ki, 2022/2023-cü illər mövsümündə daha çox – 18 avtoqol olub. 1993/1994-cü illər mövsümündə belə qol qeydə alınmayıb.


2806 oxunub

InvestAZ