İdman 13:17 / 25.02.2026
Fevralın 3-13-dəGəncə İdman Sarayında gənclər və yeniyetmələr arasında Azərbaycan çempionatı keçirilib.
Olimpiyadunyasi.com Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Hakimlər Komitəsinin sədri Asif Şirəliyev bu yarışda bir neçə görüşdə qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətirib. Çempionatın baş hakimi bəzi güləş qaydalarını detallı şəkildə izah edib.
Qeyd edək ki, bu ildən startı verilən layihənin icrasında məqsəd bu sahədə şəffaflığı təmin etmək, güləş qaydalarıyla bağlı maarifləndirməni artırmaqdan ibarətdir.