XƏBƏR LENTİ
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Şəkidə yeniyetmə və gənc voleybolçular üçün seçim prosesi keçirilib
İdman 11:29 / 02.03.2026

"Seçim günü" layihəsi çərçivəsində Şəki Olimpiya İdman Kompleksində yeniyetmə və gənc oğlanlardan ibarət voleybolçular üçün seçim prosesi təşkil olunub.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, seçimlər yeniyetmə və gənc oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi tərəfindən aparılıb.

Prosesdə Oğuz, Gəncə RVK və Tovuz VK komandalarını təmsil edən ümumilikdə 64 idmançı iştirak edib.

Məşqçilər heyəti tərəfindən iştirakçıların fiziki hazırlığı və texniki-taktiki bacarıqları qiymətləndirilərək, müvafiq namizədlər növbəti mərhələ üçün siyahıya alınıb.

Qeyd edək ki, perspektivli idmançıların aşkar edilməsi məqsədilə keçirilən bu turların növbəti dayanacağı Naxçıvan olacaq.



3257 oxunub

InvestAZ