XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026



Olimpiya çempionu "Bakı-Xankəndi" yarışı üçün Azərbaycana gələcək
İdman 11:53 / 03.03.2026

2012-ci ildə Olimpiya çempionu olmuş velosipedçi Aleksandr Vinokurov "Bakı-Xankəndi" beynəlxalq yarışı üçün Azərbaycana gələcək.

Bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) məlumat verilib.

52 yaşlı veteran idmançı qonaq qismində ölkəmizə səfər edəcək. A.Vinokurov turnirin favoriti hesab edilən Qazaxıstanın "XDS Astana" komandasının baş meneceridir.

"Bakı-Xankəndi" yarışında ümumilikdə 21 ölkədən 25 komanda mübarizə aparacaq. Onların arasında 1 Dünya Turu, 7 Pro-kontinental, 16 kontinental və Azərbaycan yığması yer alır.

Qeyd edək ki, mayın 10-14-ü aralığında təşkil olunacaq Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Bakı-Xankəndi" yarışı 21 şəhər və rayonu əhatə edəcək.


187 oxunub

InvestAZ