İdman 12:16 / 26.02.2026
V.İbrahimov adına Lerik şəhər İnteqrasiya təlimli, İnternat tipli Gimnaziyanın idman zalında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmələr arasında həndbol üzrə Lerik rayon birinciliyi keçirilib. 2 gün davam edən yarışlarda rayon ümumtəhsil məktəblərinin 4 komandası mübarizə aparıb.
Maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə Valeh Müslümov adına 2 saylı tam orta məktəb I yerə layiq görülüb. Meydan sahibləri birinciliyin ikincisi olublar. Üçüncü yeri isə Lerik şəhəri Arif Nuriyev adına 1 saylı texniki fənlər təmayüllü məktəb-liseyi tutub.
Birinciliyin təşkilatçısı tərəfindən qalib komandalara diplomlar təqdim olunub.