XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
İdman 02:39 / 28.02.2026
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında Azərbaycan birinciliyi keçirilib. Yarış fevralın 27-də "Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin akademik, kayak və kanoe növlərində ilk dəfə olaraq handikap sistemi üzrə təşkil olunub. Azərbaycan birinciliyində Bakı və Mingəçevirdən 2008-2013-cü il təvəllüdlü ümumilikdə 80 avarçəkən mübarizə aparıb. Reqlamentə əsasən iştirakçılar bir nəfərlik qayıqda akademik avarçəkmədə 3500 metr, kayak və kanoedə isə 2000 metr məsafə qət ediblər.
Qaliblər idmançıların fərdi vaxt göstəricilərinə əsasən müəyyənləşib. Mükafatçılar diplom və medallarla təltif ediliblər. Azərbaycan birinciliyində fərqlənən avarçəkənlər 28 aprel - 1 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunacaq "Prezident Kuboku-2026” beynəlxalq reqatasında iştirak edəcək komandanın heyətində yer alacaq.
3681 oxunub

InvestAZ